Yuxuda xarici dili öyrənə bilərsiz – ALİMLƏR

  • 2023.06.20 22:40
  • 1389 Baxış
Yuxuda xarici dili öyrənə bilərsiz   –   ALİMLƏR
Almaniyanın Bern Universitetinin alimləri müəyyən ediblər ki, bəzi əcnəbi sözləri yuxuda effektiv şəkildə yadda saxlamaq olar.

“Medicina” xəbər verir ki, əvvəlki elmi tədqiqatlar insanların dərin yuxunun birinci mərhələsində yeni məlumatları emal edə və saxlaya bildiyini sübut edib.



Yeni araşdırmada müəlliflər yuxuda xarici dil öyrənməyin nə qədər effektiv olduğunu yoxlamaq qərarına gəliblər.
Təcrübədə laboratoriyada yatmış 30 yerli alman iştirak edib. Yuxu zamanı elm adamları könüllülərin beyin fəaliyyəti haqqında məlumat toplayıb, aktivlik və eniş fazalarını təyin ediblər.


Təcrübə zamanı iştirakçılar qulaqlıqlardan istifadə ediblər: bir qulağında alman dilində söz, digərində isə bu sözün saxta tərcüməsi olub.


İştirakçıların sözü artıq bildiyi vəziyyətlərdən qaçmaq üçün saxta tərcümədən istifadə edilib. Könüllülərin yarısı bu sözləri beyin fəaliyyətinin zirvəsi zamanı, ikincisi isə tənəzzül dövrlərində eşidib.


Ümumilikdə, onlar üç mövzuda - heyvanlar, yerlər və alətlərə aid olan 27 sözü dinləyiblər. Hər söz dörd dəfə səsləndirilib.

12 və 24 saatdan sonra sınaq keçirilib.

Nəticələr göstərib ki, aktivliyin azaldığı dövrlərdə beyin sözlərin tərcüməsini daha yaxşı xatırlayır, 12 saatdan sonra düzgün seçim ehtimalı 37%, 24 saatdan sonra isə 41% təşkil edib.

Bu beynin yuxu zamanı məlumatı yadda saxlamaq qabiliyyətini sübut edir.

Aynurə Məmmədova