Yuxunu qaydaya salıb, vaxtında yatmaq Ömrü 9 il uzadır

  • 2022.09.09 17:14
  • 1876 Baxış
 Yuxunu qaydaya salıb, vaxtında yatmaq       Ömrü 9 il uzadır



Əgər insan gecə qəfil oyanmaların sayını azaltsa, dərin və yaxşı yata bilsə, bu yuxu yaşlanmasını azalda bilər.

"Medicina" xəbər verir ki, Stendford universitetinin alimləri ömrü 9 il uzatmağın yolunu açıqlayıb.


Yeni elmi araşdırmada gecə yuxusunun keyfiyyətinin yaxşılaşdırılmasının bir çox nevroloji, məsələn Parkinson xəstəliyinin qarşısını alır, insanın ömrünü uzadır.

Amerika və Daniya alimləri insan ömrünün yuxu ilə bağlılığını sübut edib.


Tədqiqayda polisomnoqrafiya ilə insanın yuxu yaşı hesablanır. Potensial pozulmalar nə qədər çox olarsa, yuxu yaşı bir o qədər uzun, insan ömrü qısa olur.

Orta yaşdan sonra daha çox yuxu pozulmaları başlayır.

Keyfiyyətsiz yuxu insanın ahıl yaşda daha çox Parkinson və demensiya olacağını göstərir.

Əgər yuxu yaşını 10 il dəyişsəz, o zaman təxmini ömrünüzü 8-9 il uzada bilərsiz.

Bunun üçün hər gün eyni saatda yatmalı, kofein, alkoqol, axşam yağlı yeməklərdən qaçmalısız.

Aygün Musayeva