Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxusuz qalmaq insanı sevincdən məhrum edir

  • 2024.01.10 21:29
  • 946 Baxış
Yuxusuz qalmaq insanı sevincdən məhrum edir

Cəmi 2-3 saat buraxılmış gecə yuxusu emosiyalara təsir edir.


“Medicina” xəbər verir ki, alimlərin yeni araşdırması yuxusuzluğun daha ciddi fəsadlara gətirib çıxardığını sübut edib.

50 illik tədqiqatları analiz edərək, bu nəticəyə gəliblər ki, gecə normal yatmamaq insanı sevinc, məmnunluq hissindən məhrum edir, təşvişi və stresi artırır.

Bu tədqiqatlarda 7000 insan iştirak edib. Onların yuxusu bir və ya bir neçə gecə pozulmuşdu. Onların bəzilərinə hətta ardıcıl 2-3 gecə normal yatmaq imkanı verilməmişdi.

Digər qrupu isə müntəzəm olaraq, gecəyarı oyandırıblar.

Iştirakçılar əhvallarının dəyişməsi, depressiya və təşviş barədə məlumat veriblər.

Nəticələr göstərib ki, hər 3 halda yuxu pozulması müsbət emosiyaları azaldıb, həyatdan sevinc və məmnunluq hissini tükədib.

Əvəzinə təşviş, narahatlıq, kədər, əsəb emosiyaları artıb.

Eləcə də ayda 3-4 gecə oyaq qalanlarda depressiya da inkişaf edib.

Bu tədqiqat yuxu ilə insanın əhvalının əlaqəli olduğunu və yuxusuzluğun neqativ emosional hal yaratdığını sübut edir.

Adətən belə yuxu pozulmalarına gənclər məruz qalır.

Tədqiqat göstərib ki, 30% yaşlı, 90% gənc nəsil tam keyfiyyətli yuxu almır. Ona görə də cəmiyyətdə pessimizm və məyusluq emosiyası çoxdur.

Aygün