Zaqatalada daha bir körpə doğuşdan sonra öldü

  • 2022.10.29 16:23
  • 3422 Baxış
Zaqatalada daha bir körpə doğuşdan sonra öldü

Zaqatalada daha bir körpə doğuşdan sonra ölüb.

"Medicina" xəbər verur ki, bu barədə Lent.az-a ölən körpənin atası Rahib Çobanzadə məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı İradə Çobanzadə bir neçə gün əvvəl Zaqatala Mərkəzi Xəstəxanasının Doğum Evində oğlan uşağı dünyaya gətirib. Lakin uşaq 2 gün sonra vəfat edib.

Həkimlər körpənin ürəyində qüsur olduğunu desələr də, valideynləri uşağın həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

Qeyd edək ki, bu, son bir ayda Zaqatalada baş verən ikinci körpə ölümüdür. Bir neçə gün əvvəl rayonun Yeni Suvagil kənd sakini, 24 yaşlı Gülsənəm Etimad qızı Zamanova birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.

G. Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Aygün M