Zəhərlənən tələbə qızlar evə buraxıldı

  • 2019.12.05 15:10
  • 2984 Baxış
Zəhərlənən tələbə qızlar evə buraxıldı
Bakıda xəstəxanaya yerləşdirilən tələbə qızlar evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinindən məlumat verilib.

Məlumatda bildirilib ki, qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Bu gün onlar evə buraxılıblar.