Zəhərli ispanaq xəbərdarlığı

  • 2022.12.17 16:08
  • 3280 Baxış
Zəhərli ispanaq xəbərdarlığı

Avstraliyada ispanağın insanlarda şiddətli ürəkbulanma və hallüsinasiyalara səbəb olduğu üzə çıxıb.



Medicina.az xəbər verir ki, 9 nəfər supermarketdən aldıqları ispanaqdan zəhərlənib.

Səlahiyyətlilər zəhərli ispanaqın delirium (qısa müddətli şüur və qavrayış itkisi), sürətlənmiş ürək döyüntüsü və bulanıq görmə kimi təsirlərə malik olduğunu bildirib.


Qeyd edək ki, sözügedən ispanağın "Riviera Farms" məhsulu olduğu açıqlanıb. İspanaqın hanslsa alaq otu ilə qarışması təxmin edilir.