Zəiflik, yorğunluq, əsəb – Bu vitamini yoxladın

  • 2023.05.03 17:37
  • 1346 Baxış
Zəiflik, yorğunluq, əsəb  – Bu vitamini yoxladın
B12 çatışmazlığının əlamətlərinin meydana çıxması 10 il çəkə bilər. Hazırda əhalinin 60%-də bu vitamin defisitdir.

“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, vitamin B12 – tibbi adı kobalamin - vacib bir vitamindir. Bədənimiz onu istehsal edə bilmədiyi üçün qidadan almalıdır.

“Beyin, onurğa beyni və qırmızı qan hüceyrələrinin istehsalında əsas rol oynayır. Yaşlı insanlar, alkoqol problemi olan və vegetarian olan insanlar üçün çatışmazlıq riski daha yüksəkdir.

Eyni şey autoimmun xəstəliyi, zanemiya və ya Şeqrena sindromu olan insanlara da aiddir”.

Həkim bildirir ki, aşağı B12 vitamininin simptomları yavaş-yavaş, bir neçə il ərzində görünür. Bəzi insanlarda isə nəticələr ağırlaşana qədər heç bir əlamət olmur.

Simptomplar:

• Zəiflik, yorğunluq
• İştahsızlıq
• Çəki itirmək
• Bulantı, qusma və ishal

• Ağızda və dildə ağrı
• sarı dəri
• Depressiya
• Qıcıqlanma

B12 bütün bədənə oksigeni daşıyan hemoqlobinin istehsalı üçün həyati vacib olduğundan, çatışmazlığı hemoqlobin səviyyəsinin aşağı salır və anemiya yaradır.

Aygün Musayeva