Zəlzələ ilə bağlı təcili yardıma müraciət olunmayıb

  • 2023.12.07 10:00
  • 2172 Baxış
Zəlzələ ilə bağlı təcili yardıma  müraciət olunmayıb
Bu gün səhər saat 08:16 radələrində baş verən zəlzələ ilə əlaqədar təcili yardıma müraciət edən olmayıb.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilir ki, Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə bağlı son məlumata əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.