Zəncəfil ekstraktı artrit ağrılarını azaldır

  • 2022.11.02 17:15
  • 1397 Baxış
Zəncəfil ekstraktı artrit ağrılarını azaldır

Rasiona zəncəfil daxil edilməsi, artrit, artroz ağrılarının intensivliyinə təsir edir.

"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva bildirib ki, son elmi tədqiqatlar zəncəfilin iltihabı azaltdığını bir daha sübut edib.

"Təcrübə müddətində xəstələrə ya zəncəfil ekstraktı, ya da gündə 2 dəfə plasebo veriblər. Asetaminofen ekstren dərman kimi icazə verilib.

194 pasiyent içərisində dizlərində ağrısı azalanlar daha çox zəncəfil qəbul edən qrupdan idi. Digər qruplara nisbətdə onlarda ağrı 63% azalmışdı.

Zəncəfil osteoartrit simptomlarını azaldır.

Artrit oynaqlarda iltihab və ağrı yaradan autoimmun prosesdir.
Bu xəstəliyin tam müalicəsi yoxdur. Artrit qışda daha da kəskinləşir.

Zəncəfil hüceyrələrin sağ qalmasına cavabdeh olan zülal kompleksini nəzarətə alır, şişlərin nekrozu faktorunun qarşısını alır.

Ona görə də artrit xəstələri zəncəfili menyuya daxil etməlidir".

Aygün Musayeva