Yod çatışmazlığında nə yeməli? – Ərzaq SİYAHISI

  • 2019.03.04 16:27
  • 13965 Baxış
Yod çatışmazlığında nə yeməli? –  Ərzaq SİYAHISI

Yod çatışmazlığı qalxanvari vəzinin fəaıiyyətini pozur, hormonal disbalans yaradır, zob xəstəliyinə səbəb olur.




Medicina.az Azərbaycan əhalisinin yod çatışmazlığı risk qrupunda olduğunu nəzərə alaraq, yodla zəng edən qidaların sihayısını təqdim edir. Bu qidalardan hər gün qəbul etsəniz, yod defisitini az da olsa aradan qaldırmış olarsız.




1.Dəniz kələmi




Marketlərdə balıq məhsulları şöbəsində olan bu məhsul həm də laminariya adlanır. 100 qraçında 300 mkq yod vardır. Onu salatlara əlavə edə bilərsiz. Dadı qəribədir, amma çox faydalıdır.




2.Treska balığı qaraciyəri




Hazırda bu məhsul da bütün super marketlərdə bankada satılır. Delikates hesab olunur. Bu məhsulda balıq yağı, yod, A, D, E vitamini cardır. Günə 100 qram yesəniz sutkalıq yod dozasını almış olursuz.




3. Feyxoa




Bu yeganə meyvədir ki, yod tərkibinə görə dəniz məhsulları ilə yanaşı gedir. 100 qram feyxoada 250 mkq yod vardır. 




4.Krevetlər




Krevetdə də xeyli yod vardır.Bir  şərtlə ki, krevetlər əsl dəniz, okeanda yetişmiş olsun.




5.Tuns balığı 




Bu balığın əti digər balıqlarla nisbətdə daha çox zülal və yodla zəngindir. Hətta ona dəniz mal əti deyirlər. Bu ətdə həmçinin dəmir, maqniy, kalsiy də çoxdur.




6.  Yumurta




Sarısında yod vardır. 100 qramında 35 mkq yod olur. 




7.Xurma




Xurma yeyənlərdə də yod ehtiyatı yaxşı olur. 




8.Hinduşka filesi




Bu qidanı idmançılar da çox sevir.  100 qram hinduşka filesində sink, fosfor, yod, kalsium vardır.




9.Lobya




Lobyadan yeməklər yod defisiti yaşayanlar üçün ən ideal qidadır. 




Az miqdarda yod kəsmikdə, qarabaşaqda, bananda, yodlaşdırılmış duzda vardır.

Nəzərə alın ki, bişirilmə zamanı istilikdən ərzaqlarda olan yod 50% azalır. Ona görə çalışın çiy halda yeyəsiz.

 







Yod çatışmazlığında nə yeməli? –  Ərzaq SİYAHISI