10-cu COVID-19 peyvəndini təsdiqləndi - ÜST

  • 2021.12.22 17:27
  • 1390 Baxış
10-cu COVID-19 peyvəndini təsdiqləndi -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı baş ofisi ABŞ-da yerləşən "Novavax" şirkətinin istehsalı olan “Nuvaxovid” adlı peyvəndin təcili istifadəsinə icazə verib.

Medicina.az xəbər verir ki, “Nuvaxovid” peyvəndi ABŞ-ın əczaçılıq şirkəti “Novavax” və Epidemik Hazırlıq üzrə İnnovasiya Koalisiyasının (CEPI) ortaq məhsuludur. Həmçinin Hindistanda istehsal olunan “Coovovax” peyvəndinin orijinal məhsuludur.

Hər iki peyvəndin eyni texnologiyalardan istifadə edilərək istehsal edildiyi bildirilən açıqlamada “Nuvaxovid” və “Covovax”ın 2-8 ℃ arasında qorunduğu və peyvəndinin 18 yaşdan yuxarı şəxslərdə istifadə oluna biləcəyi bildirilib.

Üç həftə ara ilə iki dozada tətbiq edilə bilinən zülal əsaslı peyvəndin 45 min adam üzərində aparılan araşdırmalarda xəstəliyə qarşı 90% təsirli olduğu bildirilib.

Bu qərarla ÜST təcili istifadə üçün 10-cu COVID-19 peyvəndini təsdiqləyib.