10 dərdə dərman xaşxaş

  • 2022.09.30 15:59
  • 4097 Baxış
10 dərdə dərman xaşxaş


Xaşxaş qədim zamanlardan xalq təbabətində bir çox pozulmaların müalicəsində istifadə olunur. Təbiblər üyüdülmüş xaşxaşı südə əlavə edib öskürəyi sağaldırdı, balla qarışdırıb bağırsaqları qurdlardan təmizləyirdi, suda dəmləyib yuxusuzluq və ağrılardan azad edirdi.

"Medicina" sizi bu möcüzəvi bitkinin faydaları ilə tanış edir.

- Xaşxaş çox yaxşı sakitləşdirir, yuxunu tənzimləyir.

- İltihabları azaldır.

- Nəfəs yollarını təmizləyir.

- Qurd əleyhinə təsirə malikdir.

- Ağrıları azaldır.

- Orqanizmə xərçəng əleyhinə təsir göstərir.

- İmmun sistemini möhkəmləndirir.

- Təzyiqi tənzimləyir.

- Damarların sağlamlığını qoruyur.

Xaşxaş toxumlarını şirniyyatlara, salatlara, ət yeməklərinə əlavə etmək yaxşıdır.

Nəzərə almaq lazımdır ki, xaşxaşı çoxlu miqdarda yemək olmaz. /saglamolun.az/