Gəncənin qədim nanə arağının 7 faydası – Hansı xəstələrə lazımdır? – RESEPT

  • 14 Oktyabr, 2019
  • 19021 Baxış
Gəncənin qədim nanə arağının 7 faydası – Hansı xəstələrə lazımdır? – RESEPT

Bu araq növü, daha doğrusu nanənin cövhəri Azərbaycanda ən azı 200 illik tarixi olan türkəçarə reseptidir. 

Təbii müalicəvi xüsusiyyətlərə malik nanə, cəfəri, şahtərə, şaftalı yarpağından hazırlanan araqların sirri Gəncə və ətraf rayonlarda qorunub saxlanılıb və bu gün də ora gedəndə insanlar ailələri, xəstələri üçün xüsusi olaraq nanə arağı sifariş edir.

Adına "araq" deyilməsinə baxmayaraq, bu tipli məhlullar adi spirtli içkilər kimi istifadə olunmur, orqanizmdə gedən proseslərin tənzimlənməsindən tutmuş şəkərli diabet, böyrək, ürək xəstəliklərinin müalicəsində istifadə edilir.

Medicina.az nanə arağının hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir.

1.Nanə arağı həzm orqanlarının ən müxtəlif pozulmaları: sancı, köp, meteorizm, ağrılar, ürəkbulanma, qusma, diareya, zəhərlənmə, kolit zamanı çox müsbət təsir edir, həzmə kömək edir, iştahı açır

2.Bağırsaqlarda qurd və parazitləri məhv edir

3.İmmuniteti qaldırır, orqanizmi yeniləyir

4.Burun, boğaz yollarını dezinfeksiya edir, anginada qarqara olunur, burun axmasında burun yuyulur

5.Stress, depressiya zamanı sinirləri sakitləşdirir

6.Baş və miqren ağrılarında gicgaha çəkilir, bir qədər içilir

7.Qan dövranını yaxşılaşdırır, ürək ritmini normaya salır, yüksək təzyiqdə içilir
 
Eləcə də nanə arağı toksin təmizləyici, ödqovucu, qızdırma salıcı, iltihab əleyhinə təsirə malikdir. 
Kosmetik vasitə kimi yağlı üz dərisi, sınaqlar, kəpəkli baş dərisində çəkilə bilər.
 

İstifadəsi:

Böyük insanlar bu hallarda ilk 3 gündə yarım stəkandan da bir az miqdarda içə bilər. Daha sonrakı müalicələrdə dozanı artıra bilər. 

Eləcə də qarqara, burun yuma, qarını, mədəni masaj etmək, gicgahlara, alına çəkmək olar

Körpə uşaqlara 6 ayından sonra damcı-damcı vermək olar. 5 yaşından sonra 1 xörək qaşığı içirmək olar.
 



Hazırlanması:

İndi bir çoxları nanə arağı satmaq üçün onu kustar və ya digər təzə metodlarla çəkməyə çalışsa da, əsl nanə arağının hazırlanması əziyyətli, zəhmətli və çətindir. Gəncədə çox az sayda, qədimdən bu işlə məşğul olan ailələrin nəsildən-nəsilə keçən təmiz misdən qazan, güyüm, ney və digər avadanlıqları var.
 
Bu avadanlıqlardan süzülən nanənin buxardan alının distillə suyu "nanə arağı” adlanır və onda heç  bir spirt, araq olmur.