101 yaşlı Karla Villa uzun ömrünü xüsusi bir pəhriz və ya möcüzəvi formula ilə əlaqələndirmir. Hər gün eyni vaxtda oyanan Villanın on illərdir dəyişməz qidalanma vərdişləri və həyat fəlsəfəsi diqqətəlayiqdir.
Medicina.az xəbər verir ki, 1927-ci ildə anadan olan və İtaliyanın Milan şəhərində yaşayan Karla Villa hər səhər səhər saat 7:30 ilə 8:00 arasında oyanır.
Villa ömrünün təxminən 99 ilini Milanın Brera rayonundakı eyni küçədə keçirib.
Pəncərəsinin yanından kanalın keçdiyi bir məhəllədə böyüyən Villa müharibə illərinin, şəhərin transformasiyasının və bir çox tarixi hadisələrin şahidi olub.
O, günə çox sadə bir səhər yeməyi ilə başlayır. Villanın əvəzolunmaz səhər yeməyi yalnız qəhvə və peçenyedən ibarətdir.
Gündüzlər nahar etməyən 101 yaşlı qadın, adətən, axşamlar toyuq, tərəvəz və ya balıq yeyir. Bəzən o, həmçinin ən sevdiyi təamdan - qəhvə dadlı dondurmadan da həzz alır.
101 yaşlı Villa uzunömürlülüyünü çətin pəhrizlərə və ya xüsusi qidalanma proqramlarına aid etmir.
Onun sözlərinə görə, ən vacib element həyatı istədiyi kimi yaşaya bilməkdir.
Aygün
Medicina.az