106 yaşlı monax uzunömürlülüyünün sirrini açdı

  • 2022.02.02 14:42
  • 1184 Baxış
106 yaşlı monax uzunömürlülüyünün sirrini açdı

Nigeriyanın Olomu krallığının ənənəvi hökmdarı Riçard Layeqen I Ovi Oqoni-Oqoro 105 yaşını qeyd edib. O, uzunömürlülüyünün sirrini bölüşüb.

Ən yaşlı Afrika monarxının fikrincə, uzun ömür üçün korrupsiyadan çəkinməli və var-dövlət üçün can atılmamalıdır.

“Uzun yaşamaq istəyirsinizsə, əllərinizin təmiz olduğundan əmin olun: Korrupsiyadan çəkinin. Allah rüşvəti sevmir. Bundan başqa Allah bizə qonşumuzu özümüz kimi sevməyimizi buyurub. Amma görün indi nələr baş verir?.. Qəzetlər daha çox qətl və bu kimi şeylərdən yazır.

Uzun ömür istəyirsinizsə, əvvəlcə Allahı düşünün və onun istədiyini edin. O zaman çox yaşayacaqsınız”, - deyə I Ovi Oqoni-Oqoro bildirib.