Üç uşaq anası Angela Skeffingtona cəmi bir neçə həftə yaşamaq imkanı verildi. Nəzəri olaraq, bu 43 yaşlı qadına mədə xərçəngi diaqnozu daha əvvəl qoyulsaydı, onu xilas etmək mümkün idi. Amma təəssüf ki, terapevt və xəstəxanadakı digər 10 həkim inadla xərçəngi rədd etmişdilər.
Medicina.az xəbər verir ki, müəyyən ağrı və narahatlqla həkimlərə üz tutan qadına qoyulan diaqnozlar müxtəlif idi: menstruasiya ağrısı, depressiya, qida zəhərlənməsi.
Lakin həkimlər əksər hallarda həzm problemləri diaqnozu qoyurdular. Qadın xəstəxanaya o qədər tez-tez baş çəkirdi ki, o, hipoxondrik, nevroz kimi tanınırdı.
Aylar keçdikcə Angelanın vəziyyəti pisləşirdi. Mədə ağrıları güclənir, nəcisində qan əmələ gəlirdi, iştahı tamamilə itirdi. Sürətlə arıqlayırdı. Yalnız onun israrlı xahişlərindən sonra həkimlər nəhayət kompüter tomoqrafiyası apardılar, dəhşətli xəstəliyi aşkar etdilər və mədə xərçəngi diaqnozu qoydular.
Təəssüf ki, mədə xərçəngi qaraciyərinə və limfa düyünlərinə yayılaraq əməliyyatı mənasız etmişdi. Sağ qalmaq üçün demək olar ki, heç bir ümid olmadığı üçün yalnız Heartlands Xəstəxanasına 12 dəfə müraciətin qeydləri və müxtəlif həkimlərin diaqnozla bağlı qeydləri qalırdı: həzmsizlik, anoreksiya, depressiya, menstrual sancılar və s. Angelaya müalicə üçün parasetamol təyin edildi.
Aygün Musayeva