64 yaşlı Dəniz Qüvvələri veteranı Ceyn Krammet sağlamlığını tamamilə dəyişdirən ekstremal təcrübə aparmaq qərarına gəldi. Təxminən dörd ay ərzində o, yalnız yağlı balıq yeyib. Nəticələr o qədər heyrətamiz idi ki, qadın özünü yenilənmiş hiss edib.
Medicina.az xəbər verir ki, Ceyn illərdir ümumi iltihabın yaratdığı xroniki ayaq ağrısından əziyyət çəkirdi. Qadın ketogenik və ət əsaslı pəhrizlər sınadı, lakin ağrı davam etdi. Daha sonra o, internetdə Dr. Boz kimi tanınan dietoloqdan yardım istədi.
Floridalı həkim sardinaları "ən yaxşı super qida" adlandırır. O deyir ki, bu pəhrizə qısamüddətli riayət etmək maddələr mübadiləsini bərpa etməyə və bədəni tez bir zamanda ketoz vəziyyətinə salmağa kömək edir .
"Sardinalar sağlam həyat tərzinə başlamaq üçün inanılmaz dərəcədə faydalı bir vasitədir. Bu balıq ən yaxşı yağlar və zülallarla zəngindir, lakin hər kəs üçün əlverişlidir" – deyə həkim bildirib.
2024-cü ilin iyul ayında Ceyn marafonuna başladı. Onun gündəlik pəhrizi üç qutu sardinadan ibarət idi. O, hər porsiyaya iki xörək qaşığı bitki yağı əlavə etdi.
"Özümə söz verdim ki, özümü yaxşı hiss edənə qədər bunu yeyəcəyəm' və təxminən 60 gündən sonra özümü daha yaxşı hiss etdim. Nəticədə 120 gün buna sadiq qaldım", - deyə Ceyn Krammett bildirib.
Təcrübənin nəticələri nə oldu?
Dörd aylıq sərt rejimdən sonra Ceyn Krammet aşağıdakı nəticələrə nail oldu:
Çəki itkisi: 11 kq arıqladı.
Ağrıkəsici: Plantar fassiti öz-özünə keçdi və iltihab azaldı.
Enerji: Qan şəkərinin səviyyəsi sabitləşdi və enerjisi xeyli artdı.
Ceyn zarafatla deyir ki, o, artıq "at kimi sağlamdır" və onun əsas super gücü aylarla eyni balığı istəmədən yemək qabiliyyətidir. İndi o, ət əsaslı pəhrizə qayıdıb, lakin hər gün ən azı bir qutu sardina yeməyə davam edir.
Aygün Musayeva