13 oğlu olan ailə daha bir uşaq gözləyir – 14-cü uşağı qız istəyirlər

  • 2018.03.06 18:08
  • 1554 Baxış
13 oğlu olan ailə daha bir uşaq gözləyir –  14-cü uşağı qız istəyirlər
Amerikalı ailə Cey və Kateri Şvandtların 13 oğlu var. 2015-ci ildə çoxuşaqlı ailə kimi tanınan bu cütlük indi 14-cü övladını gözləyir. Bu dəfə illərdir arzularında olduqları qız uşağına sahib olacaqlarına ümid edirlər. Ailə ənənəsinə görə, onlar əvvəlcədən uşağın cinsiyyətini öyrənmirlər. Apreldə doğulacaq 14-cü körpə üçün ailənin bütün oğlanları sevinclə hazırlaşır. 


Maraqlıdır ki, ana Katerinin də ailəsində 14 uşaq olub və o ailənin yeganə qız övladı idi. 


13 oğuldan böyüyünün 24, kiçiyinin 2 yaşı var.  Ər-arvad 14-cü uşağın çox güman ki, sonuncu uşaq olacağını bildirib. Çoxlu uşaq böyütməyin çətin olub-olmadığı sualına ana belə cavab verib: " Fərqi yoxdur 3 uşaq, 10 uşaq. Səs-küy elə eyni olur. Biz xaosa öyrəşmişik”. 

 


13 oğlu olan ailə daha bir uşaq gözləyir –  14-cü uşağı qız istəyirlər