Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14 nəfəri gün vurdu - Bakıda

  • 2018.06.28 10:16
  • 6870 Baxış
14 nəfəri gün vurdu -  Bakıda

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 14 nəfər olub.



Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.



Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərilib:



"Onlar arasında xəstəxanaya yerləşdirilən olmayıb”.



Baş həkim qeyd edib ki, insanlar günvurmadan qorunmaq üçün günorta vaxtlarında açıq havada gəzməməlidirlər.