14 yaşlı qızın burnundan diş çıxardılar

  • 16 İyn 2022 15:08
  • 1062 Baxış
14 yaşlı qızın burnundan diş çıxardılar

Şərqi Sibirdə uşaq xəstəxanasının həkimləri tibdə nadir əməliyyatlardan birini icra edib.

Bakupost.az xəbər verir ki, 14 yaşlı pasiyentin burnundan diş çıxarılıb.

Valideynlərin sözlərinə görə, burnun içində diş uşaq yaşlarından görülüb, amma uşağa heç bir təsiri yox idi. Lakin son aylar qız nəfəsalmada çətinlik çəkib, burnundan qan açılırdı. Xəstəxanaya gətiriləndə də özünü pis hiss edirdi.

Müayinə göstərdi ki,burun içində çıxmış diş dəliyi tutur, tənəffüsün qarşısını alırdı.

LOR cərrahlar ümumi narkoz altında burun içindəki sümük fraqmentini çıxarmaq qərarı verib.

Burundan çıxarılmış diş pasiyentə yadigar olaraq verilib. Əməliyyatdan sonra qızın heç bir şikayəti qalmayıb.