Həftəsonu cəmi 15 dəqiqə ayıraraq bütün həftə üçün zülalla zəngin səhər yeməyi hazırlamaq mümkündür.
Medicina.az xəbər verir ki, bunun üçün çia toxumu, yunan yoqurtu və ya skyr, fıstıq əzməsi və göyəm kimi məhsullardan istifadə edilir. Hazırlanan qarışıq bankalara bölünərək soyuducuda saxlanılır.
Bir porsiyada təxminən 24 qram zülal ola bilər. Lif və zülalla zəngin bu səhər yeməyinin toxluq hissini artırdığı və gün ərzində qəlyanaltı istəyini azaltmağa kömək etdiyi bildirilir.
Hazırlanmış qarışıq soyuducuda bir neçə gün saxlanıla bilər və səhərlər vaxt itirmədən istehlak edilir.
Xanım,
Medicina.az