17 yaşlı qız gülən kimi iflic olur – Nadir sindrom

  • 15 Yan 2020 16:27
  • 966 Baxış
17 yaşlı qız gülən kimi iflic olur  – Nadir sindrom

17 yaşlı qız gülməmək üçün mübarizə aparır. Qız gülən kimi paralic olur.
Medicina.az xəbər verir ki, bu nadir sindromun adı Katapleksiyadır.

Belə ki, xəstə güclü emosinal vəziyyətdə - ağlamaq, qorxu, gülmək zamanı əzələlərə beyinin nəzarəti itir, qıcolma və iflic baş verir.

Tutmalar bir neçə dəqiqədən saata kimi çəkə bilər.
17 yaşlı Billi Hodcson gecələr yata bilmir, ancaq gündüzlər yuxuya gedir.

Gülən zaman bədənində baş verən anormal spazmlar səbəbindən qız həmyaşıdları ilə ünsiyyətdən qaçır, deyib gülmür, komediyalara baxmır.

“ Özümü gülməkdən saxlamaq mənə çox çətindir. Çünki şən, optimist insanam. Dostlarım yanımda olanda çalışırlar şənlənməsinlər, kimsə gülsə dərhal yanımdan qaçır, onlar da mənim kimi qorxur- deyə qız həyatının çətinliklərini danışıb.

Bu xəstəliyin hələ ki, müalicəsi yoxdur.