19 noyabrda 580 ilin ən uzunmüddətli Ay tutulması baş verəcək - Nələr etmək olmaz?

  • 2021.11.18 18:17
  • 4195 Baxış
19 noyabrda 580 ilin ən uzunmüddətli Ay tutulması baş verəcək -  Nələr etmək olmaz?
19 noyabrda 2021-ci ilin sonuncu, 580 ildə ilk ən uzunmüddət davam edəcək Ay tutulması kosmik hadisəsi gözlənilir.
Astroloqların sözlərinə görə, bu dəfəki tutulma böyük energetik gücü özündə birləşdirir.


Ay tutulması Ayın Yerin kölgə konusuna daxil olması zamanı baş verir. Bu zaman Ay tamam itmir, tünd qırmızı rəng alır, ona görə onu qanlı Ay adlandırırlar.

Medicina.az xəbər verir ki, qədimdən insanlar Ay tutulmasından qorxar, bu gün heç bir yerə çıxmazdılar.
Ay tutulması 6 saat davam edəcək

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Bu saatlarda açıq havada olmaq, mübahisə etmək, vacib sənədlər imzalamaq, borc almaq, pul məsələsi həll etmək, nikah bağlamaq olmaz.

Bu dəfəki Ay tutulmasından sonra Tutulma dəhlizi başlayır və bu müddət 4 dekabra kimi davam edəcək.

Ay tutulması günləri keçmişi buraxıb, səhvlərdən nəticə çıxarmaq üçün uğurludur.

Tibb baxımdan bu gün ciddi prosedur, əməliyyat etmək məsləhət deyil.

Zərərli vərdişlərdən imtina asan olacaq. Lazımsız əşyalardan, zibildən, eləcə də ağırlıq gətirən bütün yüklərdən azad olmalısız.