2 dəqiqədə 20 litr su içən qadın öldü

  • 2023.08.10 17:02
  • 1764 Baxış
2 dəqiqədə 20 litr su içən qadın    öldü
ABŞ-in İndiana ştatında Ashley Summers adlı qadın həyat yoldaşı və iki kiçik qızı ilə Freeeman gölünü gəzərkən çox susadığını hiss edib.

Qardaşı Devon Millerin sözlərinə görə o, 20 dəqiqə ərzində 2 litrə yaxın su içib. Tətilin son günü başgicəllənmə və başağrısı kimi narahatlıqları olduğunu qeyd edən qadın evə qayıtdıqdan sonra qarajında huşsuz vəziyyətdə tapılıb.


“Medicina” xəbər verir ki, həkimlərin dediyinə görə, su zəhərlənməsindən həyatını itirən qadının beynində şiş olub. Buna səbəb isə su toksikliyidir. Belə ki, su toksikliyi həddindən artıq miqdarda su içməkdən qaynaqlanan vəziyyətdir və bəzi hallarda ölümcül ola bilər.

Ancaq Summers öldükdə ürəyini, qaraciyərini, ağciyərlərini, böyrəklərini və uzun sümük toxumasının bir hissəsini donor kimi bağışlayaraq beş insanın həyatını da xilas edib.

Bildirilir ki, bənzər hadisə bu yaxınlarda Kanada da baş verib. Kanadalı qadın "75 Hard" sosial media yarışması çərçivəsində 12 gün ərzində təxminən dörd litr su içərək, xəstəxanalıq olub.

Xanım