Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 yaşlı uşaq vəhşicəsinə döyüldü - FOTO

  • 2025.05.01 00:09
  • 82 Baxış
2 yaşlı uşaq vəhşicəsinə döyüldü -  FOTO

Türkiyədə 2 yaşlı uşaq vəhşicəsinə döyülüb.

Medicina.az xəbər verir ki, hadisə Denizlidə baş verib.

Bir müddət əvvəl ərindən boşanan qadın başında, üzündə, kürəyində və bədəninin müxtəlif yerlərində döyülmə izləri olan 2 yaşlı oğlunu Sarayköy Dövlət Xəstəxanasına gətirib.

Xəstəxana işçiləri vəziyyəti polisə bildiriblər.

Məsələ ilə bağlı sorğu-sual edilən ana övladının birlikdə yaşadığı sevgilisi tərəfindən döyüldüyünü deyib.

Aldığı zərbələr nəticəsində kəllə-beyin travması alan körpə vəziyyətinin təhlükəli olması səbəbindən Pamukkale Universiteti Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma başladıldı.



Aygün
Medicina.az