20 ilə dünya əhalisinin sayı azalacaq- ALİMLƏR

  • 2024.03.26 18:42
  • 549 Baxış
20 ilə dünya əhalisinin sayı azalacaq - ALİMLƏR


Alimlər yaxın illərdə Yer kürəsi əhalisinin sayının ciddi azalacağını bildirib.

"Medicina" xəbər verir ki, alimlərin fikrincə, bu XIV əsrdən bu yana ilk ciddi azalmadır.

"Orta əsrlərdə taun epidemiyasından sonra 50 milyon insan azalmışdı.

O vaxtdan bir neçə dəfə qlobal pandemiya, I və II Dünya müharibələri olsa da, bu qədər sayda insan tələfatı olmamışdı.

Budəfəki azaıma doğuş nisbətinin azalması ilə bağlıdır.

Əhali artımını təmin etmək üçün hər qadın orta hesabla 2-3 uşaq dünyaya gətirməlidir.

2021-ci ildə 2,23 idi, 2050 -də ümumi doğuş nisbətinin 1,83 və 1,59 olacağı gözlənilir.


Beləliklə, xüsusən Avropada ölüm nisbəti doğumdan yüksək olacaq.


2100-cü ilə qədər yalnız 26 ölkədə doğum nisbəti ölüm nisbətindən yüksək olacaq.

Bu gedişatla 2030-cu ildən 2050-ci ilə qədər əhali sayı 30-50 milyon az olacaq.


Aygün Musayeva