20 May - Dünya Travmatoloqlar Günüdür

  • 2022.05.20 15:22
  • 2605 Baxış
20 May -  Dünya Travmatoloqlar Günüdür

Hər il mayın 20-si Ümumdünya Travmatoloq Günü qeyd edilir.

Medicina.az xəbər verir ki, travmalardan qorunmaq üçün sağlamlığın qeydinə qalmaq, evdə, işdə, istehsalatda çalışarkən, nəqliyyat vasitələrini idarə edərkən və idmanla məşğul olan zaman təhlükəsizlik qaydalarına diqqət etmək vacibdir.

Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr insanların sağlamlığına və həyatına ciddi təhlükə törədir. Bu gün aparılan maarifləndirmə kampaniyalarında bir daha vurğulanır ki, travmatizmin profilaktikası tədbirləri hər gün yüzlərlə həyat xilas edə bilər.

Azərbaycanda travmatologiya 100 ildən çoxdur inkişaf edib və çox güclü travmatologiya bazamız var.