20 yaşlı qız bir ildir heç nə yemir - SƏBƏB

  • 28 Sen 2020 13:20
  • 3653 Baxış
20 yaşlı qız bir ildir heç nə yemir  - SƏBƏB

Böyük Britaniyanın Ketterinq şəhərindən olan 20 yaşlı Loren Uitterinq bir ildir ki, heç nə yemir. Məsələ burasındadır ki, o, bütün məhsullara qarşı ağır allergiyadan əziyyət çəkir. Anafilaktik şok hətta yemək qoxusundan da baş verə bilər.

Medicina.az bildirir ki, bu barədə “Daily Star” xəbər verib.

Həkimlərin sözlərinə görə, buna səbəb gənc qızın immun sisteminin pozulmasıdır.

Lorenin sözlərinə görə, xəstəlik onda tədricən inkişaf edib.

“Bir il ərzində mən ancaq beş məhsuldan – toyuq, düyü, kartof, kök və brokkolidən istifadə edə bildim. Lakin sonra reaksiya bütün məhsullara yayıldı”, - deyə qız bildirib.

Qızın qidalana bilməsi üçün həkimlər onun mədəsinə zond yerləşdirdilər. Lakin bu da reaksiya yaratdı. Bundan sonra həkimlər birbaşa ürəkdən keçən boru quraşdırdılar.

Hazırda gənc britaniyalı onun üçün ABŞ-dan gətirilən “möcüzəvi preparata” ümidini bağlayıb. O, bu dərmanın ən sevdiyi qidalardan heç olmasa birinin dadına baxmağa imkan verəcəyinə ümidvardır.