Ümumdünya Səhiyyə Təşkilatı, yoluxma hallarının sayında azalmaya baxmayaraq, 2024-cü ildə təxminən 1,3 milyon insana QİÇS diaqnozu qoyulduğunu və bununla da dünyada təxminən 40,8 milyon insanın QİÇS ilə yaşadığını açıqlayıb.
Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 dekabrda qeyd olunan Ümumdünya QİÇS Günü ilə bağlı yeni bir hesabat yayımlayıb.
Hesabatda QİÇS-lə mübarizədə yeni profilaktika vasitələrinə və xidmətlərinə investisiya qoyuluşunun vacibliyi vurğulanıb.
Hesabatda 2024-cü ildə 1,3 milyon insana QİÇS diaqnozu qoyulduğu qeyd edilib:
Həmçinin, 2024-cü ildə dünyada təxminən 630.000 insanın QİÇS ilə əlaqəli səbəblərdən öldüyü vurğulanıb.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ölkə QİÇS-lə mübarizədə beynəlxalq maliyyələşdirmənin azaldılması və profilaktika səylərinin pozulması da daxil olmaqla ciddi çətinliklərlə üzləşir.
Aygün