Uşaqlıq dövründə piylənmə dünya miqyasında sürətlə artır. Dünya Piylənmə Federasiyasının hesabatına görə, 2025-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı təxminən 180 milyon oldu.
Medicina.az xəbər verir ki, lazımi tədbirlər görülməsə, bu rəqəmin 2040-cı ilə qədər 227 milyona çatacağı proqnozlaşdırılır. Eyni dövrdə 5-19 yaş arası yarım milyarddan çox uşağın artıq çəkili olacağı təxmin edilir. Bu vəziyyət, yüksək bədən kütlə indeksi səbəbindən ən azı 120 milyon məktəb yaşlı uşaqda ürək xəstəliyi və hipertoniya da daxil olmaqla bir çox xroniki xəstəliklərin erkən əlamətlərinin görünməsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, uşaqlıq dövründə piylənmə fərdi problem deyil. Bu, sağlam olmayan qida mühitinin nəticəsidir. Hesabatda şəkər vergiləri, zərərli qida reklamına məhdudiyyətlər və uşaqları daha aktiv həyat tərzi sürməyə təşviq edən siyasətlər kimi tədbirlərin həyata keçirilməsi təklif olunur.
Aygün
Medicina.az