21 sentyabr Alsheymer günü - Xəstəliyin əlamətləri

  • 2022.09.21 15:19
  • 1586 Baxış
21 sentyabr Alsheymer günü  - Xəstəliyin əlamətləri

21 Sentyabr - Ümumdünya Altzheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür.


"Medicina" xəbər verir ki. dünyada hər 65 saniyədən bir Altzheymer xəstəliyinə tutulan insan qeydə alınır.


Bu xəstəlik adətən yaddaş pozğunluğu ilə başlayır: xəstənin öyrənmək qabiliyyəti zəifləyir. Təxminən 90% hallarda xəstəyə dəqiq klinik diaqnoz qoyulur. Xəstəliyin ləng və kəskin surətdə ağırlaşması hallarına rast gəlinsə də, adətən, ləng inkişaf edir, amma davamlı olur.
Müəllifin digər yazıları

Respublika Klinik Xəstəxanasının nevroloqu Aytən Hüseynova xəstəlik barədə danışıb.

“Xəstəlik gec başlayır. 65 yaşda insanın unutqanlığı, yorulması rutin hal kimi qəbul olunur. Lakin bir müddət sonra həmin şəxs işin yolunu, yeməyin altını söndürməyi, yaxınlarının adlarını unuda bilir. Bu zaman xəstələr bizə müraciət edir. Getdikcə bu hallar artır, davranış pozuntuları meydana çıxır. Xəstədə hallüsinasiya yaranır, depressiv hallar olur. Sonda xəstə zəruri vərdişlərini belə necə ödəyəcəyini bilmir”.

Nevroloq qeyd edib ki, İngiltərədə iki ilidir bu xəstəliyə qarşı vaksin istehsal etməyə başlanılıb: “Siçanlar üzərində bu vaksin yoxlanılıb. Alimlər bildirir ki, bu vaksinin insanlara erkən yaşlarda vurulması məsləhətdir ki, xəstəliyin qarşısını ala bilsin”.

Aygün Musayeva