23 yaşlı qız süni mayalanma zamanı öldü

  • 2022.10.27 21:15
  • 1220 Baxış
23 yaşlı qız süni mayalanma zamanı öldü

Hindistanda 23 yaşlı qız EKO - süni mayalanma proseduru zamanı həyatını itirib.


"Medicina" xəbər verir ki, prosedura qədər o tamam sağlam idi, lakin tibbi müdaxilə nadir əks təsir verib.

Belə ki, ondan yumurtahüceyrə götürülən zaman qızın ürəyi qəflətən dayanıb.

Reanimasiya tədbirləri heç bir effekt verməyib.

Meyitin anamotik müayinəsi göstərib ki, o yumurtalıqların hiperstimulyasiyası sindromundan ölüb. Bu süni mayalanma keçən hər 3 qadından birində olur.

Bu zaman yumurtalıqlar təhlükəli həddə qədər böyüyür.

Süni mayalanmaya qədər qadın bir dəfə təbii yolla ana olmuşdu.

Son diaqnoz olaraq qadının ağ ciyərlərə tromb sıçramasından öldüyü deyilir.

Aygün Musayeva