Psoriaz niyə təkrarlanır? - Mütəxəssis səbəbləri açıqladı - VİDEO

  • 2026.09.24 17:35
  • 103 Baxış
Psoriaz niyə təkrarlanır? -  Mütəxəssis səbəbləri açıqladı - VİDEO

Xalq arasında Sədəf xəstəliyi kimi tanınan Psoriaz dərinin xroniki iltihabi xəstəliklərindən biridir.

Medicina.az xəbər verir ko, bu xəstəlik zamanı dəri hüceyrələri normaldan daha sürətli yenilənir və nəticədə dərinin səthində qalın, qızarmış və qabıqlanan sahələr əmələ gəlir.

Psoriazdan əziyyət çəkən bir çoxları uzun illər müxtəlif müalicə üsullarından istifadə etsə də xəstəlikdən tam qurtula bilmədiyini bildirir. Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəblərindən biri müalicənin yalnız dəri üzərində görünən əlamətlərə yönəlməsidir.

Psoriaz sadəcə dəri problem deyil!

İnteqrativ tibb üzrə mütəxəssislər qeyd edirlər ki, psoriaz sadəcə dəri xəstəliyi kimi qiymətləndirilməməlidir. Onların fikrincə, xəstəliyin yaranması və inkişafında immun sistemdəki dəyişikliklər, bağırsaq problemləri və orqanizmdə daxili balansın pozulması da rol oynaya bilər.

Mütəxəssislərin sözlərinə görə, inteqrativ yanaşmada pasiyentin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir, immun sistem, həzm sistemi və digər mümkün təsiredici amillər nəzərdən keçirilir. Məqsəd yalnız simptomları azaltmaq deyil, orqanizmin daxili balansının bərpasına dəstək olmaqdır.

Bu çərçivədə müxtəlif müayinə üsullarından istifadə olunduğu, müalicə proqramlarında isə Almaniya istehsalı olan biotənzimləyici preparatların da tətbiq edildiyi bildirilir.

Psoriaz xəstəliyinin təkrarlanma səbəbləri və inteqrativ müalicə yanaşması haqqında mütəxəssisimizin ətraflı izahını bu linkə daxil olaraq izləyə bilərsiniz.