25 may - Dünya Qalxanabənzər Vəzi Günü- Zob nədən yaranır?

  • 2022.05.25 13:00
  • 2596 Baxış
25 may - Dünya Qalxanabənzər Vəzi Günü - Zob nədən yaranır?

Bütün dünyada 2009-cu ildən mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü (World Thyroid Day) kimi qeyd edilir.


Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunmağa başlayıb. B


Hazırda dünya əhalisinin üçdə biri bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxmini 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsindən isə təxmini 10-30 faiz insan əziyyət çəkir.



Qeyd edək ki, qalxanabənzər vəzi qırtlaqdan bir qədər aşağıda yerləşir.

Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir–maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir.

Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir.

Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod insan orqanizminin fəaliyyəti üçün önəmli elementdir.

Azərbaycan yod çatışmazlığı və zob üzrə endemik zonadır. Əhalinin xüsusən qadınların çoxunda bu problem var.