29 dekabrda yoluxma - Neçə nəfər vəfat etdi

  • 2021.12.29 16:43
  • 2639 Baxış
29 dekabrda yoluxma -  Neçə nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib, aktiv xəstə sayı 9756 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, ötən müddət ərzində isə ümumilikdə 5 842 565 test aparılıb.