30 mart Dünya Həkimləri Günü

  • 2024.03.30 18:31
  • 463 Baxış
30 mart Dünya Həkimləri Günü

Martın 30-u Dünya Həkimlər Günü bütün dünyada bu peşə sahiblərinə hörmət və ehtiram əlaməti olaraq qeyd edilir.



Medicina.az xəbər verir ki, bu günün öz maraqlı tarixi və səbəbkarı var.

30 mart 1842-ci ildə həkim Kroyford Lonq xəstənin boynundakı şişi (kist) götürmək üçün apardığı əməliyyatda xəstəsini efir yağı ilə yatırdaraq tibb tarixində ilk dəfə olaraq narkoz tətbiq edib.


Hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır.

Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.