Bağırsaq xərçəngi ən çox yayılmış xərçəng növlərindən biridir. Bu, qismən erkən diaqnozun çətinliyi ilə əlaqədardır, çünki bağırsaqlar çox uzundur və şişlər hər yerdə yarana bilər.
Medicina.az xəbər verir ki, 37 yaşlı onkoloq xəstə bağırsaq xərçəngi diaqnozu qoyulmazdan əvvəl yaşadığı 5 simptomu paylaşdı.
Çölyaki xəstəliyindən tutmuş qıcıqlanmış bağırsaq sindromuna qədər bir çox digər xərçəng olmayan vəziyyətlər də oxşar şəkildə özünü göstərə bilər. Bu, insanları çaşdırır və gec diaqnoza səbəb olur.
“2021-ci ildə qarnımın aşağı hissəsində yanma hissi, bağırsaq hərəkətləri ilə bağlı problemlər, şişkinlik, həzmsizlik və daimi yorğunluq hiss etməyə başladım. Həkimə getdim, amma qıcıqlanmış bağırsaq sindromu və ya qlüten dözümsüzlüyü (çölyaki xəstəliyi) ola biləcəyindən şübhələndilər. Lakin simptomlar davam edirdi və həkimlər bir-birinin ardınca xərçəngsiz mədə-bağırsaq xəstəliklərini istisna etdilər. Düzgün diaqnoz qoyan həkimim, xüsusilə də kifayət qədər istirahətdən sonra belə keçməyən daimi yorğunluqdan şübhələndi”.
Qıcıqlanmış bağırsaq sindromu (QBS) daimi qarın ağrısı, köp və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunur. Lakin bu pozğunluqların üzvi səbəbləri yoxdur.
Qlütenə qarşı dözümsüzlük (çölyak xəstəliyi) otoimmun xəstəlikdir. İmmun sistemi qlütenə reaksiya verir və mədə-bağırsaq traktında iltihaba səbəb olur. Çölyak xəstəliyi ilə hətta az miqdarda qliadin ehtiva edən qidalar belə ishal, köp, qəbizlik, ürəkbulanma və qusmaya səbəb ola bilər.
Bağırsaq xərçənginin əlamətləri:
zəiflik, yorğunluq;
iştahsızlıq, ətə qarşı ikrah;
səbəbsiz çəki itkisi;
nəcis qeyri-sabitliyi (qəbizliklə növbələşən ishal);
nəcisdəki çirklər (qan, selik, irin);
aşağı dərəcəli qızdırma;
qarın ağrısı və ya sancı.
Yoğun bağırsaq xərçənginin mümkün səbəbləri:
genetik meyl;
çölyak xəstəliyi;
mədə-bağırsaq traktının xroniki yoluxucu və iltihabi xəstəlikləri;
düzgün qidalanmama;
siqaret çəkmə;
radiasiyaya məruz qalma;
kanserogenlərlə təmas.
Aygün Musayeva