40 yaşından sonra kişilərdə libido və həvəs niyə azalır ? - Həkimdən AÇIQLAMA

  • 13 Apr 2022 15:33
  • 684 Baxış
40 yaşından sonra kişilərdə libido və həvəs niyə azalır ?    -  Həkimdən AÇIQLAMA

40 yaşından sonra kişilərdə 25-30 yaşa nisbətən cinsi həvəsin azalmasının, libidonun düşməsinin əsas səbəbi testosteron hormonununun azalmasıdır. Kişinin yaşı artdıqca hər il testosteronun səviyyə qanda 1% azalmağa başlayır.


Bakupost xəbər verir ki, bu barədə həkim androloq Azər Mirzoyev bildirib.
O cinsi həvəsin birbaşa libidodan asılı olduğunu deyib.

Kişilərin qarşı cinsə həvəsi yeniyetmə dövründən başlayaraq ömürlərinin axırına kimi müşayiət edir. Cinsi həvəsin sönməsini kişilər ağır qəbul edir, bu da onlarda stress, depressiya halları yaradır.


"Testosteronun aşağı düşməsi ilə bu proses başlayır. Orqanizmdə olan hormonal pozulma- prolaktinin yüksəlməsi, qalxanvari vəz hormonunun aşağı düşməsi, bəzi dərman vasitələri - diabet, təzyiq dərmanları libidonu aşağı salır.


Bunlara antibiotiklər, hormonal dərmanlar, antidepressantlar da aiddir. Bu nöqteyi-nəzərdən bu proses başladıqda, stresə düşmək yox, səbəbi araşdırıb, qarşısını almağa çalışmaq lazımdır.


İlk növbədə hormonal analizlər verilməlidir. Bəzi hallarda səbəb fizioloji yox, psixoloji olur. Kişinin evdə və işdə yaşadığı gərginlik, ailə məişət problemləri cinsi həvəsin sönməsinə səbəb ola bilər.


Libidonun düşməsini aradan qaldırmaq olar. Bu, təbii bir haldır, dünyanın sonu deyil".


Aygün Musayeva
BakuPost