435 nəfərə məcburi müalicə təyin edildi

  • 2020.08.13 13:09
  • 2484 Baxış
435 nəfərə məcburi müalicə təyin edildi

2020-ci ilin birinci yarısında məhkəmələr tərəfindən 435 nəfərə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Medicina.az xəəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Həmçinin məhkəmələr tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 705 nəfər də probasiya nəzarətindədir.