5 339 erməni koronadan ölüb

  • 2021.10.01 11:08
  • 1446 Baxış
5 339 erməni koronadan ölüb
Ermənistanda son sutkada daha 934 nəfər COVID-19-a yoluxub.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 262 631-ə çatıb. Son sutkada koronavirusdan 20 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 339-a yüksəlib.

Koronavirusa yoluxan 242 569 nəfər sağalıb. Hazırda 13 512 pasiyent müalicə olunur.

Bizim Twitter səhifəmizə abunə olun