500-ə yaxın qida məhsulunda ayaqqabı lastiki maddəsi aşkarlandı – DƏHŞƏT

  • 2018.03.08 15:56
  • 29820 Baxış
500-ə yaxın qida məhsulunda ayaqqabı lastiki maddəsi aşkarlandı –  DƏHŞƏT
Envirionmental Working Group tərəfindən gerçəkləşdirilən analizlərdə 500-ə yaxın hazır qidada, 130 növ un məmulatı və sendviçdə Azo Dikarbon Amit –ADA adlı ayaqqabı lastiki və yoqa xalçası istehsalında istifadə olunan bir kimyəvi maddə olduğunu aşkara çıxardı. 


Medicina.az xəbər verir ki, Araşdırma mərkəzinin siyahısında Pillsbury, Sara Lee, Shoprite, Safeway, Smucker’s, Fleischman’s, Jimmy Dean, Kroger, Little Debbie, Tyson, Nature’s Own ve Wonder kimi brendlərin məhsullarının adları yer aldı.


ADA – polimer plastik jeleyə qarışdırılaraq xırda hava qabarcıqlarının əmələ gəlməsini və beləcə plastikin sağlam, həfif, incə, yumşaq və əsici olmasını təmin edir.


Ada – xəmiri çox ağartmaq, daha tez bişirmək və forma vermək üçün də istifadə olunur.

ADA qatılan qidalar daha dadlı, yumşaq, bəyaz olmaqla yanaşı, onların daşınması məsələsi daha sasndlr, çünki formasını yolda itirmir, təzəliyini də uzun müddət saxlaya bilir.


FDA bu kimyəvi maddənin unun ağırlığının 0,045%-dən çox olmamaq şərtilə qidaya qatılan maddə olaraq istifadəsinə 1962-ci ildə icazə vermişdir. 

Center for Science in the Public Interest- ə görə, azo-dikarbon-amitin parçalanma maddələrindən biri olan Uretan kanserogendir.  Hətta icazə verilən dozada istifadəsi belə insanın nəfəsində yüksək miqdarda Uretan yığıla bildiyini və bununla insan orqanizmi üçün risk yaratdığını bildirir. 

Digər parçalanma maddəsi olan Semikarbazit siçanlarda ağciyər və damar xərçənginə yol açır. Bununla bağlı araşdırmalar var. Əgər siçanda şiş yaradırsa, deməli, insan üçün də eyni təhlükəlidir.


Dünya Səhiyyə Təşkilatı 1999-cu il hesabatında ADA-maddəsinin istehsalı və istifadə olunduğu yerlərdə çalışan işçilərdə dəridə allergiya və astma xəstəliyi yarana biləcəyini bildirib.


Marketlərdə satışda olan bir çox yumşaq şirniyyatlarda, un məmulatlarında, jeleyə bənzər konfetlərdə, məhsullarda, şəffaf görünən istənilən ərzaqda və s.-də bu maddənin istifadə oluna biləcəyi istisna deyil. Xüsusən saxlanma müddəti uzun müddət olan qutu desertləri, kekslər, şirniyyatlar, peçenyelər, bulkalar və s. –də ADA olması mümkündür.