Türk rok musiqisinin güclü səsi olan Şebnem Ferah 6 illik fasilədən sonra yenidən səhnəyə qayıdıb.
Medicina.az xəbər verir ki, pərəstişkarları ilə görüşən sənətçi uzun müddət xatırlanacaq bir gecə yaratdı.
Səhnəyə qayıtmağın həyəcanını yaşayan sənətçi hisslərini pərəstişkarları ilə bölüşdü.
Uzun illərdən sonra tamaşaçıları ilə görüşən Şebnem Ferah səhnədə duyğulu anlar yaşadı.
Konsert görüntülərinin paylaşılmasından sonra Şebnem Ferahın son görünüşü də diqqət çəkdi. Uzun müddətdir ictimaiyyətin diqqətindən kənarda qalan 54 yaşlı sənətçi haqqında çoxlu şərhlər edilib.
Bir çoxları məşhur sənətçinin "Şebnem Ferah heç dəyişməyib", "Rok musiqisinin kraliçası qayıdıb" kimi şərhləri ilə illərə meydan oxuduğunu qeyd edib.
Aygün
Medicina.az