6 mart - Dünya Qlaukoma ilə mübarizə günüdür

  • 2023.03.06 16:30
  • 1941 Baxış
6 mart - Dünya Qlaukoma ilə mübarizə günüdür

Martın 6-sı Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur.

"Medicina" xəbər verir ki, bu tarix 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.


Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi endirən damcıların tökülməsindən ibarətdir.


Qlaukomanın əlamətlərini təqdim edirik:

Qlaukoma gözdaxili təzyiqin artması ilə səciyyələnən xəstəlikdir. Əvvəlcə simptomsuz başlasa da, xəstəliyin vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur.

Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin xəstəlik 40 yaşdan sonra daha çox yayılır. Statistikaya görə, dünyada 100 milyon qlaukoma xəstəsi var və onlardan hər beşindən biri göz nurunu tamamilə itirir.

Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşını nəzərə alınaraq aparır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir. Hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.

Aygün Musayeva