7 aylıq körpə çarpayıdan düşüb öldü

  • 2022.06.07 18:22
  • 2920 Baxış
7 aylıq körpə çarpayıdan düşüb öldü

Xaçmaz rayonu ərazisində yeddi aylıq uşaq çarpayıdan yıxılması nəticəsində ölüb.

Medicina.az reporta istinadən xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.

Belə ki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.