7 nəvəsi olan 56 yaşlı babanın cavanlıq sirri – FOTOLAR

  • 2020.03.13 16:49
  • 5115 Baxış
7 nəvəsi olan 56 yaşlı babanın cavanlıq sirri –  FOTOLAR


56 yaşlı ingiltərəli Koventri Uilkinson 30 yaşında görünməsinin sirrini açıqlayıb.

Medicina.az xəbər verir ki, 5 il öncə işindən təqaüdə çıxan kişi sağlam qidalanma və idmanla məşğul olmağa başlayır. Fitnesi o qədər gözəl mənimsəyir ki, onu yerli idman mərkəzinə trener götürürlər.

Koventri deyir ki, belə bədən quruluşuna görə müntəzəm gündəlik fiziki hərəkətlərə borcludur.

Uilkinsonun 3 böyük qızı və 7 nəvəsi var. Onu nəvələri görənlər elə bilir ki, uşaqların atasıdır. İlk baxışdan heç kim ona 35 yaşdan yuxarı yaş verməyib.

Qızı ilə kafedə əyləşəndə isə onları ər-arvad, hətta sevgili zənn edirlər.

“İnsanlar inanmir ki, mənim məvələrim var. Çox vaxt fitnes mərkəzdə, kafedə qızlar tanış olmaq üçün yaxınlaşır, İnstagramda tanışlıq təklifi edirlər”.

Kişi hesab edir ki, gənc qalmaqda genlərin də rolu var. O həm də düzgün qidalanır və yuxu rejiminə riayət edir.

O, hər gün qəbul etdiyi kaloriləri hesablayır, yüksək karbohidratlardan uzaqdır, zərərli qida və qida əlavələri qəbul etmir.
“Bu günkü günlə yaşamaq, pis düşünmək olmaz”.

Hər bir insan yaşından dəfələrlə gənc görünə bilər, istənilən yaşda yaxşı fiziki fomanı əldə etmək mümkündür.