9 uşaq atası qızlarına qarşı pedofillikdə ittiham edilir

  • 2021.11.15 13:59
  • 2181 Baxış
9 uşaq atası qızlarına qarşı  pedofillikdə ittiham edilir
Rusiyanın Leninqrad əyalətində 44 yaşlı A.İ adlı 9 uşaq atası həyat yoldaşının şikayəti ilə saxlanılıb.

Medicina.az xəbər verir ki, 2 zavodda çalışan qadın ərinin əyalətdə gənc qızlarla əylənməsi barədə dəfələrlə eşitsə də,özü işlədiyindən uşaqların yanında kişi qaldığı üçün buna əhəmiyyət verməmişdi

Lakin ötən ay ailənin 16 yaşlı böyük qızı atası ilə bir evdə yaşamaq istəmədiyini bildirərək anasına atasının seksual hərəkətləri barədə məlumat verib.

Bundan sonra kişi evdən qovulub.

Bir müddət sonra 7 yaşlı qız da təsadüfən atasının hərəkətlərindən danışıb və ana evdə digər azyaşlı uşaqların gəlinciklərlə qəribə oyun oynadıqlarını görür. Bundan sonra qadın ərinin pedofil olduğuna əmin olaraq, polisə müraciət edib və kişi saxlanılıb.

Hazırda iş üzrə istintaq gedir.

9 uşağın 6-sı doğma, 3-ü isə övladlıqdır.