9 yaşlı uşaq yuxuda koronavirusdan öldü

  • 2020.07.29 14:25
  • 2933 Baxış
9 yaşlı uşaq yuxuda koronavirusdan öldü
Amerikada koronavirusa yoluxan 9 yaşlı məktəbli qızın həyatını xilas etmək mümkün olmayıb.

İddiaya görə, uşağın hərarəti qalxanda valideynləri onu xəstəxanaya aparıblar. Lakin həkimlər yoxlamadan sonra onun adi respirator infeksiyadan - soyuqlamadan əziyyət çəkdiyini bildirib evə göndəriblər.

Bir neçə gün sonra uşağın vəziyyəti nisbətən düzəlib, o dostları ilə gəzintiyə də çıxıb. Lakin evə qayıdandan sonra çox yorğun olduğunu deyib və yatıb. Məktəbli bir daha yuxudan oyana bilməyib.

Ölümündən sonra götürülən testlər onun COVİD-19-a yaxalandığını müəyyən ediblər.

Xatırladaq ki, ötən gün koronavirusun daha bir gizli əlamətinin ola biləcəyi açıqlanmışdı. Bu kəskin yorğunluq idi. Avstraliyada yorğunluqdan əziyyət çxıb.