ABŞ Səhiyyə və İnsan Xidmətləri Mərkəzi autizmin səbəbini parasetamolla əlaqələndirmək niyyətindədir.
“Medicina” xə bər verir ki, The Washington Post qəzetinin yazdığına görə, ABŞ hakimiyyət orqanları parasetamolun tərkib hissəsi olan asetaminofenin hamilə qadınlara təsiri ilə bağlı araşdırmanın nəticələrini əldə ediblər.
Qəzetin yazdığına görə, səlahiyyətlilər müəyyən şərtlər altında uşaqlarda autizmin potensial riskini rəsmən elan etməyə hazırlaşır. Xüsusilə qızdırma salan dərmanların qəbulu dölün və uşağın sağlamlığına mənfi təsir göstərə bilər.
Bir müddət əvvəl ölkədə autizm hallarının artmasından narahat olan ABŞ prezidenti Donald Tramp müavinlərinə məsələyə diqqət yetirməyi və həll yollarını tapmağı tapşırmışdı. Onun əsas dəstəkçilərindən biri Səhiyyə və İnsan Xidmətləri Katibi Robert F. Kennedi idi. .
Ağ Ev rəhbəri deyib: "Biz tibbi nöqteyi-nəzərdən, məncə, ölkəmizin tarixində ən əhəmiyyətli elanlardan birini verəcəyik".
Aygün Musayeva