ABŞ-da ölüm hökmü təxirə salındı- Həkimlər məhbusun venasını tapa bilməyiblər

  • 2018.02.27 16:34
  • 1957 Baxış
ABŞ-da ölüm hökmü təxirə salındı-  Həkimlər məhbusun venasını tapa bilməyiblər
ABŞ-da ölüm hökmünə məhkum edilmiş şəxsin edamı təxirə salınıb. Səbəb tibbi heyətin inyeksiyanı məhbusa yeritməsi üçün vena damarını tapa bilməməsi olub. 


1987-ci ildə qətl törətdiyinə görə həbs olunan Doyla Hemma ötən həftə edam edilməliydi. 2 saat ərzində tibbi heyət əlləşərək onun damarını tuta bilmədiyindən ölümcül inyeksiyanı vurmaq mümkün olmayıb. Bütün bədənini, damarlarını döyəcləsələr də damar tapılmayıb ki, tapılmayıb. 

Əsəbləşən vəkil məhkumu çox incitdiklərini əsas gətirərək ümumiyyətlə, bu iynədən imtina etmək istəyib. İş ondadır ki,uzun müddət narkotika qəbul etdiyindən, xərçəng və hepatit xəstəsi olan Hemmanın bütün damarları zədələnib. 


Uğursuz edam cəhdindən sonra məhkum yenidən həbsxanaya göndərilib. Qərarın bundan sonra necə olacağı sual altındadır.