Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Acqarına kişmiş yeməyin inanılmaz faydaları

  • 2024.03.02 12:20
  • 967 Baxış
Acqarına kişmiş yeməyin inanılmaz faydaları
Kişmişin sağlamlığa faydalı olduğunu bilməyən yoxdur.

Medicina.az xəbər verir ki, kişmişi acqarına istehlak etmək isə onun faydalarını birə beş artırır.

Antioksidantlarla zəngin olan kişmiş xüsusilə dəri sağlamlığına müsbət təsir göstərir. Orqanizm üçün faydalı qida qaynaqlarından olan kişmişin arıqlama prosesində yeməklərə daxil edilməsi də tövsiyə edilir.

Mineral və vitamin mənbəyi olan üzüm tərkibindəki lif sayəsində həzm sistemini müsbət şəkildə dəstəkləyir. Qəbizlik problemi olan insanlar üçün təsirli bir dərmandır. Bağırsaqların vəziyyətini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır.

Kişmiş həm də ürək-damar xəstəlikləri riskini azaldır. Tərkibindəki kalium və antioksidantlar qan təzyiqini tarazlayaraq ürək xəstəliklərinin qarşısını alır.

Bədənimiz üçün faydalı olan kişmişə dəri sağlamlığı üçün də üstünlük vermək olar. Təbii antioksidantlar sayəsində dərinin qocalma sürətini ləngidir. Daha sağlam dəri üçün müntəzəm olaraq istehlak edilməlidir. Kişmişin tərkibindəki təbii şəkər dəri üçün təbii nəmləndirici xüsusiyyətə malikdir.

Pəhriz planlarına daxil edilməli olan kişmiş, qəlyanaltılar üçün əvəzolunmaz qida qaynağıdır. Tərkibindəki doymamış yağ sayəsində tox hiss etmək üçün qəlyanaltılar zamanı istehlak edə bilərsiniz. Bundan əlavə, kişmiş şirniyyat istəyinin qarşısını alır.
Üzümü müxtəlif qidalarla birləşdirərək yeyə bilərsiniz. Səhər yeməyində yulaf lopası ilə kişmişin birləşməsi uzunmüddətli toxluq hissi verir.

Pəhriz zamanı salatlara kişmiş əlavə etməklə daha sağlam qidalanmaq olar. Salat ilə kişmişin birləşməsi immunitet sistemini gücləndirir və həzmi asanlaşdırmağa kömək edir.

Arıqlamaq istəyən insanların səhərlər acqarına kişmiş istehlak etməsi daha faydalıdır. Beləliklə, maddələr mübadiləsi və bağırsaqlar çox daha sürətli işləyir.

Xüsusilə məşq edən insanların performansını artırmaq üçün kişmiş yemələri tövsiyə olunur.

Sümük sağlamlığını dəstəkləyən bu qidanın tərkibində kalsium və dəmir mineralları var. Üzümün müntəzəm istehlakı bədəndə çatışmayan mineralları təmin edir.


Gül